Ölkə
Azərbaycanda 10 yeni su anbarı yaradılacaq
Azərbaycanda 10 yeni su anbarı yaradılacaq.
Analoq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:
1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]