Ölkə

“Göyçayın icra başçısı yardımın bir qutusunu 20 manata satır” – İTTİHAM

Göyçay rayonunun bir qrup sakini rayon icra hakimiyyəti başçısının törətdiyi əməllər barədə Prezident İlham Əliyevə müraciət edib.Analoq.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Göyçay rayon sakinləri tərəfindən

MÜRACİƏT

“Hörmətli Prezident!

Sizin ölkədə apardığınız islahatları bəyənirik və dəstəkləyirik. Siz həmişə haqqın-ədalətin yanında xalqın dayağında xidmətində olmusunuz. Korrupsiyaya qurşanmış məmurların həbs edilib cinayət məsuliyyətinə cəlb edilməsi təqdirəlayiq haldır. Nə yaxşı ki, siz varsınız. Korrupsiyaya qarşı mübarizə vüsət aldığı bir vaxtda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə heç bir nəticə çıxarmır. Bu adam sanki özünü fövqəladə toxunulmaz şəxs hesab edir.

Mehdi Səlimzadə bəlkə də Azərbaycanda analoqu olmayan cinayət törədib ki, bunun adı rəzalətdir.

Belə ki, aztəminatlı ailələrə paylanılması üçün Heydər Əliyev Fondu tərəfindən Göyçay rayonuna göndərilmiş ərzaq yardımının bir qutusunu Mehdi Səlimzadə 20 manata kənd icra nümayəndəliklərinə satıb. Onlar isə Mehdi Səlimzadədən pulla aldıqları yardım qutularını acığa düşüb öz qohum-tanışlarına paylayıblar. Bu isə aztəminatlı ailələr arasında ciddi narazılıqlara səbəb olub.

İcra başçısı Mehdi Səlimzadənin bu biabırçı cinayət əməlindən bütün Göyçay danışır. Bir neçə rayonun icra başçısının həbsindən qorxuya düşən Mehdi Səlimzadə iş kabinetində və evində olan müşahidə kameralarını dəyişdirtdirib, ora falçı cindar gətizdirib ofsunlar oxutdurur. Mehdi Səlimzadə rüşvəti artıq iş otağında deyil, kənddəki villasında qəbul edir. Həmin villadakı video kameraları isə tamamilə yığışdırıb.

Göyçay rayonunda 1000-dən çox işçinin maaş kartı Mehdi Səlimzadədə olsa da özlərinə hələ qaytarmaq istəmir. Bu fakt bir neçə ay əvvəl Göyçayda aparılmış yoxlama zamanı subut olundu. Yenə də nəticə çıxarmayan icra başçısı həmin maaş kartlarını sahiblərinə qaytarmadı. Çünki bu adam cəzasızlıqdan azğınlaşıb.

Bunun ən çox arxayın olduğu yer oğlunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləməsidir. Göyçay rayonuna icra başçısı təyin olunduğu son 4 ildə Mehdi Səlimzadənin törətdiyi cinayətlərin sayı-hesabı bilinmir. Mehdi Səlimzadənin korrupsiya əməllərinin yanında həbs olunmuş icra başçıları Nizaməddin Quliyevin, İsmayıl Vəliyevin, Mahir Quliyevin və Vilyam Hacıyevin törətdiyi cinayətlər toya-bayrama getməlidir.

Göyçayılıar Dövlət Təhlükəsizlik Xidmətinin Göyçaya gəlib Mehdi Səlimzadənin korrupsiya əməllərinə son qoyacağını səbirsizliklə gözləyirlər.

Hörmətli Prezident! Sizdən xahiş edirik, Göyçaya nəzər salıb korrupsiya cinayətləri ilə liderlik edən Mehdi Səlimzadənin barəsində tədbirlər görəsiniz.

Yoxsul insanlara göndərilən ərzaq yardımını satan və maaş kartlarını özündə saxlayan icra başçısı ən ağır cəzaya məhkum olmalıdır”.

İmza; Göyçay rayon sakinləri

Məhərrəmov İsa Əli oğlu

Əliyev Vüqar Tahir oğlu

Qədirov Vilayət Yaqub oğlu

Əsədova Bəsti Umud qızı

Nəcəfova Məsimə Kamil qızı

Məmmədov Ceyhun Musa oğlu

Kərimova Sənubər İsmayıl qızı

Salahov Bəxtiyar Osman oğlu

Qasımova Bahar Yusif qızı

Lətifov Aydın Vahid oğlu

Eyvazov Nazim İmamverdi oğlu

Məmmədov Teymur Gülağa oğlu

Musayev Vaqif Rafiq oğlu/konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button