Ölkə

Nərimanov və Nizami icra başçıları üçün ağır günlər – Yola salınırlar

"Uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənov və mətbuat komandası tərəfindən qorunan Nərimanovun şefi ilə bağlı baş verənləri indi xas adamı Nağdəliyev və də ötüşdürə bilmir"

Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə rüşvət və korrupsiya faktlarının araşdırılması və günahkarların həbsi davam edir. Bu istiqamətdə DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən əməliyyatlar bir daha göstərir ki, heç kim məsuliyyətdən sığortalanmayıb.

Bir neçə icra başçısının həbsi, əksər başçının vəzifədən uzaqlaşdırılması, həmçinin Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində aparılan yoxlamalar və tutulmalar ciddi yeyinti faktlarının kompleks şəkildə həyata keçirildiyini ortaya qoydu.Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə bir neçə icra başçısının da vəzifədən qovulmasının şahidi olacağıq.

Bildirilir ki, artıq növbə Bakı rayonlarının başçılarına çatıb. Yaxın günlərdə daha iki rayonun – Nərimanov və Nizami icra başçılarının kreslosunun boşaldılmasının şahidi ola bilərik.

Prezident Administrasiyasına ciddi dayaqları olan Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevi daha bu postda qorumaq müşkülə çevirilib. Uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənov və mətbuat komandası tərəfindən qorunan Nərimanovun şefi ilə bağlı baş verənləri indi xas adamı Nağdəliyev və də ötüşdürə bilmir.

Nəzərə alsaq ki, Nərimanov rayonu paytaxtın ən prestiji və xarici qonaqların gur olduğu ərazidə yerləşir və rayondakı problemləri də bura əlavə etsək ümumi mənzərənin nədən ibarət olduğunu aşkar görmək çətin deyil. Tək fakt bu biabırçılığın ən bariz nümunəsidir – Nərimanov avtoyuma məntəqələrinin çoxluğuna görə, paytaxtın ilk yerlərdə dayanan rayonlarındadır. Maraqlıdır, niyə avtoyuma? Bu biznesdir, yoxsa başqa səbəblər də var? Xarici qonaqlar bu rayonda avtoyuma məntəqələrinin küçəyə axadılan çirkli sularından ölkələrinə qayıdarkən essemi yazmalıdırlar?

Daha bir qovulacaq məmurun Nizami rayon icra başçısı Arif Qasımov olduğu deyilir.

Son günlər fəaliyyətsiziliyi, problemlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi faktlara rast gəlinən Arif Qasımov da krallara layiq kreslosunu itirməyə çox yaxındır. Əlbəttə “kral” kreslosunda oturan icra başçının rayonunda “kral” problemlər olar.

Ümumiyyətlə, Nizami rayonun paytaxtın ən sakit rayonlarından sayılıb. Bəs indi? Torpaq qalmaqalları ilə bağlı ən çox rast gəlinən faktlar bu rayondadır. Ərazilərin sistemsiz satılması, qadagan olunan ərazilərin obyekt istifadəsi üçün kirayələnməsi və sair hallar bu icra başçısının sonunu gətirib.

Daha bir maraqlı məqam odur ki, indi bəzi icra başçıları daha “rüşvət almırıq”, “torpaq satmırıq”, “sosial yardımlara barmaq etmirik” deyə yuxarılara gözdağı verə bilər. Bəs bir il əvvəl və ondan qabaqkı illərdəki əməllərinə görə, kim cavab verəcək? Vahid Məmmədov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button