Ölkə

Sabiq nazirin qardaşı və ailə üzvləri məhkəməyə verildi

Azərbaycanda sabiq nazirin qardaşı oğlu məhkəməyə verilib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovun oğlu Əkbər Camalova qarşı “Bank of Baku” ASC iddia qaldırıb.

Bank həmçinin Camalovlar məxsus “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatına, ailə yaxın qohumlar İradə Məmmədağa qızı Camalovaya və Ülfət Mehdi oğlu Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

İddiaçı “Bank of Baku” ASC cavabdehlər “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı, Camalov Əkbər Əlikram oğlu, Camalova İradə Məmmədağa qızı və Məmmədov Ülfət Mehdi oğluna qarşı – kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə iddia ərizəsində qeyd edib.

Bankın iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə göndərilib.

Hakim Namidar Misirzadənin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, iddiaçı “Bank of Baku” ASC-nin cavabdehlər “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı, Camalov Əkbər Əlikram oğlu, Camalova İradə Məmmədağa qızı və Məmmədov Ülfət Mehdi oğluna qarşı – kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

İddiaçıya izah olunub ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Qeyd edək ki, sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button