Ölkə

TƏBİB: “Son günlər ailədaxili yoluxma halları qeydə alınır”

“Biz keçən dəfə qapanmalar etdik. Amma bizim “narıncı” zonada yaşayan vətəndaşlarımız “sarı” zonaya getdilər”.

Analoq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Təbii ki, istirahət etmək lazımdır. Amma virusun yayılması məsələsini nəzərə almalıyıq. Son günlər qeydə alınan yoluxma halları ailəiçi yoluxmalardır. Bir ailədə yaşayan nənə, baba və s. şəxslərdə yoluxma halları müşahidə olunur”, – o bildirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button