ÖlkəQarabağ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button