Redaktor seçimi

Millət vəkilindən M.Ə.Rəsulzadənin üzərindən siyasi mənfəət güdənlərə tutarlı cavab – VİDEO

Bildiyimiz kimi bu gün ADR-in qurucusu, görkəmli siyasi xadim Məmməd Əmin Rəsulzadənin doğum günü idi. Təəssüf ki, bu münasibətlə böyük tədbirlər keçirilməsə də, nəzərə ala bilərik ki, sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı müəyyən məhdudiyyətlər də buna səbəb oldu. Lakin qeyd edək ki, Türkiyədəki səfirliyimiz və diasporamız onun əziz xatirəsini andı.

Lakin bu gün özlərini Rəsulzadə davamçıları adlandıran radikal müxalifət düşərgəsinin liderləri bir daha bu böyük şəxsiyyətin adından öz şəxsi mənfəətləri naminə istifadə etdiklərini sübuta yetirdilər. Misal üçün, hər zaman olduğu kimi onun abidəsi önünə ayrı-ayrılıqda getdilər.

Sual yaranır: birləşdirici liderin yolu ilə getdiklərini bəyan edən AXCP, Müsavat kimi partiya rəhbərliyi niyə onun doğum günündə birlikdə abidəni ziyarət etmədilər? Budurmu onların “Rəsulzadə yolları”???

Bu arada qeyd edək ki, YAP üzvü, millət vəkili Kamal Cəfərov özünun feysbuk səhifəsində maraqlı paylaşım edib və bugünə qədər dahi şəxsiyyət M.Ə.Rəsulzadənin əziz xatirəsinin əbədiləşdirilməsi yönündə dövlət səviyyəli qərar və addımları fakt olaraq irəli sürüb. Analoq.az olaraq həmin paylaşımı diqqətə çatdırır və Rəsulzadə sevgisinin necə olduğunu onun adından sui-istifadə edərək qaragüruhçuluq nümayiş etdirən fərdlərə nümunə kimi təqdim edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button