Dünya

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya keçib

Yanvarın 1-də Cənubi Koreyanın Qanqvon əyalətindən naməlum şəxs sərhədi keçərək Koreya Xalq Demokratik Respublikasına (KXDR) keçib. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, onu saxlamaq üçün əraziyə hərbçilər göndərilib və hərbsizləşdirilmiş zonada keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs saat 22.40 radələrində (Bakı vaxtı ilə 17.40) hərbi demarkasiya xəttini keçərək Şimala qaçıb.

KXDR ilə Cənubi Koreya arasında demarkasiya xətti faktiki sərhəd rolunu oynayır. Cənubi Koreya hərbçiləri KXDR-dən olan həmkarlarına bildiriş göndərsələr də, cavab almayıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button