Ölkə

Prezident və xanımı Zəngilanda “Ağıllı kənd”i açılışını etdi- FOTO

Qarabağ səfərindən sonra  azad edilmiş torpaqlarda quruculuq, abadlıq işləri bildiyiniz kimi davam etməkdədir. Müzəffər ali baş komandan, cənab Prezident İlham Əliyevin apardığı səmərləri siyasətin sayəsində Şuşada bir neçə dövlət əhəmiyyətli tədbirlər keçirilib, beynəlxalq aləmin diqqəti də bu torpaqlara cəlb edilib. Digər azad edilmiş rayonlarda da səmərəli işlər davam etməkdədir.

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə saldıblar.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış olublar.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə baxıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olublar və bir sıra quruculuq işləri haqqında danışıblar.

İnanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bütün bölgələrimiz bu cür müasir inkişaf edəcəkdir.

Məftun Quluzadə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nəsimi rayon Gənclər və İdman idarəsinin rəis müavini

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button