AktualCəmiyyət

Hərdən kabinetlərinizdən çıxın, gedin gəzin, ölkənin, xalqın problemləri ilə maraqlanın…

Millət vəkilləri müsahibə verir, on cümlədən doqquzu ancaq “cənab prezident onu dedi”, “cənab prezident göstəriş verdi, tapşırıq verdi”. Gərək hər şeyi cənab prezident desin, göstəriş versin, tapşırsın? Belə çıxır ki, cənab prezident tək işləyir, heç kim öz savadı, təcrübəsi ilə bir iş bacarmır. Hər şeyi cənab prezident deyirsə, tapşırırsa, onda siz nəyə lazımsınız?

Bir də baxirsan cənab prezidentin çıxışını hansısa millət vəkili nöqtə, vergülünə kimi facebook səhifəsində paylaşır və yaxud hansısa mətbuat orqanında dərc etdirir, altında da öz adını yazdırır. Guya kişinin oğlu öz fikir və düşüncələrini qələmə alıb.Bir nəfər də qayıdıb sual vermir ki, Siz jurnalistsiz yoxsa millət vəkili?

Prezidentin çıxışını hardasa yayımlamaq, dərc etmək jurnalistlərin müxbirlərin işidir, millət vəkillərinin yox. Və ölkə başçısı çıxış edibsə, yenidən həmin çıxışı millət vəkilinin təkrarlaması yaltaqlıqdan başqa bir şey deyil. Bəsdir artıq, bir işin də görülməsinə özünüz qərar verin, gözləməyin ki, sizə tapşırıqlar verilsin!

Sizin də öz fikriniz, öz sözünüz olsun. Hərdən kabinetlərinizdən çıxın, gedin gəzin, ölkənin, xalqın problemləri ilə maraqlanın, qanunvericiliyə uyğun olaraq problemlərin həllinə çalışın. Beləliklə həm xalqın problemləri aradan qalxar, həm də ölkə başçısının iş yükünü azaldıb, başını uca etmiş olarsınız.

Tural Qoca

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button