Ölkə

Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kamran Əliyev təqaüdə göndərilib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Analoq.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button