BannerŞikayət

Qazi və şəhid ailələrinin gündüz çıraqla axtardığı deputat- ƏZİZ ƏLƏKBƏRLİ

Analoq.az xəbər verir ki, Xəbəral.az-ın əldə etdiyi məlumata görə Saatlı rayonunda yaşayan 2-ci Qarabağ müharibəsi qaziləri və şəhid ailələri rayonun deputatı Əziz Ələkbərlidən şikayətçidir. Əllərində çıraq rayonun deputatını axtaran qazilər və şəhid ailələri dəfələrlə deputatın köməkçisi Samir Nəsirovla əlaqə yaratsalar da deputatın üzünü seçkidə gördükləridir.

Qeyd edək ki, deputatın köməkçisi Samir Nəsirov rayonda qatı müxalifətçi kimi tanınıb.


Deputatın köməkçisi Samir Nəsirov
Həyatın maraqlı ironiyalarından biri də ondan ibarətdir dünənin qatı müxalifətçisi olan Samir Nəsirov bu gün YAP namizədinin yanında öz həmyerlilərinə “divan” tutur. Rayon sakinlərinin verdiyi məlumata görə rayonda bir çox adam məhz köməkçinin ucbatından deputatın üzünü görməyə həsrət qalıblar.

Rayonun yaşlı sakinləri redaksiyamıza daha sonra bildirib ki, Əziz Ələkbərli seçki vaxtı rayonda xüsusi canfəşanlıqla seçilirdi. Onun seçicilərə, necə deyərlər, “bağ belə bostan belə” deməyi ancaq söz olaraq yaddaşlarda qaldı.

Növbəti məqaləmizdə Saricalar, Qara Nuru Şirinbəy, Nəsimikənd, Fətəlikənd Xanlarkənd, Əliabad, Genişkənddə yaşayan qazi və şəhid ailələrinin deputat haqqında dedikləri video müraciəti daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.

Ardı var…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button