Ölkə

Ərdoğan Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.Türkiyə lideri bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.

Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım , AKP sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayət edirlər.

Xatırladaq ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button