Siyasət

Polşada prezident seçkiləri qeyri-müəyyən vaxtadək təxirə salındı

Polşada mayın 10-da keçirilməsi planlaşdırılan prezident seçkiləri koronavirus səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.Bu barədə “RİA Novosti” xəbər verib.

Yeni səsvermə tarixi, bir çox hüquqi məqamlar kimi, hələ aydın deyil. Məlumdur ki, Polşa sakinləri yeni dövlət başçısını qiyabi üsulla – poçt vasitəsilə ilə seçəcəklər.

Qeyd etmək lazımdır ki, ölkənin indiki prezidenti Andjey Dudanın səlahiyyət müddəti bu ilin yayında bitir. Bu səbəbdən seçkilərin birinci mərhələsi mayın 10-na planlaşdırılmışdı. Lakin Polşa Konstitusiyası seçkiləri bu müddətdən bir və ya iki həftə sonra da keçirməyə imkan verir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button