Kriminal

Mingəçevirdə saxta pul çap edənlər saxlanıldı

Mingəçevirdə saxta pul dövriyyəsində şübhəli bilinən sevgililər – Şamil Musayev və İlahə Məmmədova saxlanılıb

Onların Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button