Ölkə

Məsaməli hörgü blokları istehsalçısı əməkdaşlıq memorandumu imzaladı

Məsaməli hörgü blokları istehsalçısı “AAC” MMC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Görüşdə Universitetin professor-müəllim heyəti ilə yanaşı, şirkətin Baş direktoru Ayaz Əliyev rəhbərliyində nümyəndə heyəti iştirak edib.

Imzalanmış memorandumun tələbələrin əmək bazarına çıxışının təmin edilməsi, universitet-sənaye işbirliyinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacağı vurğulanıb.

Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, tələbələrin təcrübəyə cəlb edilməsini, şirkət tərəfindən təşkil olunan və ya aparılan yerli və beynəlxalq layihələrdə iştirak etməsini, birgə seminarların, kurs və təlimlərin təşkilini, elmi tədbirlərin keçirilməsini əhatə edir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button