Siyasət

“Ermənistanda azərbaycanlı baş nazir olsa… “- Erməni ekspert od PÜSKÜRDÜ

Milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyanın sosial şəbəkələrdə yayılan çıxışı erməni mətbuatında geniş müzakirələrə səbəb olub.

“Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, mən ancaq dəstəkləyərəm”.

“Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”.

“Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, – deyə Aloyan bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button