BannerMüsahibəSiyasət

“Qazaxstanı tanıyan bir israilli kimi düşünürəm ki, Rusiyanın Qazaxstan hadisələrində ittiham etmək yanlışdır”- FİNKEL

“Qazaxstanı tanıyan bir israilli kimi düşünürəm ki, Rusiyanın Qazaxstan hadisələrində ittiham etmək yanlışdır”.

Bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel Analoq.az-a bildirib. Ekspert fikirlərini belə izah edib: “İlk növbədə Qazaxstan vətəndaşları ilə aparılan sorğu göstərir ki, yerli əhali arasında həm qazın qiymətinin qalxmasından, həm də yerli hakimiyyət nümayəndələrinin yürütdüyü siyasətdən ciddi narazılıq var idi. Bu məsələlər daxili problemlər idi və Rusiyanın bu məsələlərə aidiyyatı ola bilməzdi.

Bu gün Rusiyanın başı tamamilə başqa məsələlərə qarışıb. Bunlar Ukrayna problemi, ABŞ və NATO ilə gərgin danışıqlardır. Məlumdur ki, NATO şifahi şəkildə Stoltenberqin dili ilə Rusiyaya imtina cavabı vermiş və bildirmişdir ki, Rusiyanin Ukraynanın və Gürcüstanın NATO-ya daxil olmasına etiraz etmək haqqı yoxdur, digər tərəfdən isə bundan sonra da adıçəkilən ölkələrə silah yardımı ediləcəyini bildirmişdir. “NATO və ABŞ nüfuz sferası formulu ilə yaşayırlar və başqa ölkələri öz təsir dairələrinə buraxmaq istəmirlər.

Odur ki, Rusiyanın diqqəti tamamilə Brüsseldə aparılan danışıqlara yönəlib. O, ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə zəmanət verən yazılı cavab gözləyir. Bunu həm Lavrov, həm onun müavini Rıbkov, hətta Putin də dilə gətiriblər. Aydındır ki, Rusiyanın diqqəti Qazaxstanda deyil” deyə, siyasi ekspert fikrini belə tamamlayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button