Siyasət

Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib

Hava zərbəsi nəticəsində 4 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
AZƏRTAC “Əl-Məsirə” telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusu F-15 qırıcı bombardmançılar tərəfindən məhv edilib.
Hava zərbəsi nəticəsində 4 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir.
Xatırladaq ki, ötən gün Yəməndəki husilər BƏƏ ərazisinə raketlər və dronlarla hücum ediblər. Hücumlar sırasında 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button