Siyasət

Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın paytaxtı Moska şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button