Siyasət

“Son dəqiqəyə kimi Rusiyanın mehriban davranacağına ümid edirdik” – SPİKER

Rusiyanın “Qazprom” şirkəti Moldovaya qazın verilməsini dayandırıb. Analoq.az xəbər verir ki, məsələni Moldova parlamentinin spikeri İqor Qrosu şərh edib.

O bildirib ki, Moldova son dəqiqəyə kimi “Qazprom”un belə bir addım atmayacağına ümid edib: “Son dəqiqəyə kimi ümid edirdik ki, onlar bizimlə mehriban davranacaqlar”.

Qeyd edək ki, bundan əvvəl “Moldovaqaz” yanvar ayı üçün müqavilə üzrə “Qazprom”a ödəniş edə bilməyəcəyini bildirmiş, “Qazprom” isə yanvarın 20-dən etibarən tədarükləri dayandıracağını qeyd etmişdi.

Xatırladaq ki, Prezident Sandu Kiyevdə keçirilən anti-Rusiya “Krım Platforması”nda iştirak edib və bir neçə dəfə pandemiyaya əsaslanaraq Moskvaya getməkdən imtina edib/konkret

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button