Araşdırma

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin islahatçılıq fəaliyyəti-qısa məqalə..

Bildiyimiz kimi İlham Əliyev 2003-cü ildən bəri Azərbaycan Respublikasının Prezidenti vəzifəsini daşıyır və həmin ildən bəri Azərbaycan xalqının rəğbətini qazanmışdır. Azərbaycan xalqının vəziyyətinin yaxşılaşdırılması İlham Əliyevin bir nömrəli vəzifəsi olmuş və bu vəzifəsini bu gün də uğurlu bir şəkildə davam etdirir. Hakimiyyətə gəldiyi ilk illərdə Azərbaycanın vəziyyəti bir o qədər də ürəkaçan deyildi. İşsizlik, iqtisadiyyatda kəsrlər var idi. Ölkə başçısı bunların qarşısını almaq üçün tədbirlər görmüş və işsizlik 5%-ə qədər enmiş, büdcə kəsrləri azalmışdır. Ölkənin infrastrukturuna diqqət ayrılmış əsaslı yenidənqurma tədbirləri nəticəsində ölkəmiz sənayeləşmə inqilabı ilə ayaqlaşa bilmişdir. Əhalinin əmək haqqılarında ciddi artım müşahidə olunmuşdur. İlham Əliyevin islahatçılıq fəaliyyəti son dövrlərdə daha çox müşahidə olunmaqdadır. Rəhbər vəzifələrə gənc kadrların gətirilməsi, novatorçu gənclərə dəyərin verilməsi, “gəncləşmə” siyasəti buna bariz nümunədir. İlham Əliyev təhsil sahəsində də uğurlu işlərə imza atmışdır. 2008- ci ildən ölkəmizdə bir çox müasir dövlətlərdə olan “kurikulum” sistemi gətirilmişdir. Ölkə ərazisində orta təhsil alan hər bir kəs ödənişsiz dərsliklərlə təmin edilmişdir. Ali məktəblərdə təhsil alan şəxslər, digər sahələrdə bacarıqlı şəxslər prezident təqaüdü ilə təltif olunur. Xaricdə təhsil proqramı ilə gənc alimlər dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirir. Ölkəmizin elm ocağı sayılan AMEA- da əsaslı islahatlar keçirilməkdədir. AMEA idarə heyətinin təcrübəli, peşəkar şəxslərdən təyin olunur.

Ulu öndər Heydər Əliyev tərəfindən başladılan xarici siyasət İlham Əliyev tərəfindən layiqli bir şəkildə davam etdirilməkdədir. Müstəqilliyimizin ilk illərində bizi çox dövlət tanımırdı. Lakin uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən tanındı. Bir çox ölkələr səfirliyimizin fəaliyyət göstərməsi siyasətçi və diplomatlarımızın uğurlu bir şəkildə ölkəmizi təmsil etməsi bunun əyani sübutudur. Xarici ölkələrlə bir layihələrin həyata keçirilməsi xarici dövlətlərin bizə investisiya yatırımı İlham Əliyevin xarici siyasətinin uğurudur. İkinci Qarabağ müharibəsi zamanı bir çox xarici dövlətlərin arxamızda durması, bizi dəstəkləməsi Ermənistanla əlaqələri kəsməsi xarici siyasətimizin kifayət qədər inkişaf etdiyini göstərir. 2020-ci il 27 sentyabrda ikinci Qarabağ müharibəsi başlayanda İlham Əliyev baş komandan kimi öz vəzifəsini uğurla yerinə yetirdi, hər gün cəbhədən gələn xoş xəbərləri xalqına çatdırdı. Bunun nəticəsində əziz Qarabağımız ana vətənlə qovuşdu. Bundan əlavə , müharibə dövründə bir çox dövlətlərin media nümayəndələrnə 4 dildə müsahibə vermiş bəzi əsassız ittihamlara tutarlı cavab vermişdir. Müharibədən sonra Qarabağın inkişafı üçün fərmanlar vermiş, bir çox ölkənin şirkətlərinin Qarabağa investisiya yatırmasına imkan yaratmışdır. Bundan sonra Azərbaycan həmişə inkişafa doğru gedəcək, xalqımız öz rəhbəri sayəsində firavan həyat sürəcək

Analoq.az

Müəllif:  Elxan Ramazanov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.

 

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button