Aktual

Doktorsuz “Doktor Med” klinikası: Pasiyentlər necə aldadılır? – YENİLƏNİB

Tibbi təhsili olmayan, sertifikasiyadan keçməyən “həkimlər” insanların sağlamlığı üzərində eksperimentlərini davam etdirir

Son dövrlərdə ökəni bürüyən özəl kilinikalarla bağlı problemlər bitmək bilmir. Bu klinikaların bir çoxunun adı çox bahalı qiymətləri və riskli xidmətləri ilə tez-tez mediada hallanır. Belə ki, fasiləsiz reklam yolu ilə özlərini peşəkar və yüksək savadlı həkim kimi qələmə verən bəzi şəxslər bu klinikaların pərdəsi altında pasiyentlərin başına oyun açır, lakin heç bir məsuliyyətə cəlb olunmurlar. Belə klinikalardan biri də Bakıda fəaliyyət göstərən “Doktor Med İnternational” klinikasıdır.

Klinikanın fəaliyyəti haqda saytımıza məlumat verən mənbənin dedyinə görə, klinikada həkim adı ilə təqdim olunan şəxslərin çoxunun ali tibbi təhsili yoxdur. Onlar hardasa 1-2 aylıq kursun kağızını alaraq həkim kimi pasiyentlərə xidmət gösfərir, onların xeyli pulunu alır, amma müalicələri heç bir effekt vermir.

Məsələn, exo-kardioqramma işi məşğul olan şəxs heç bir ali və ya orta ixtisas tibb təhsili olmadan, yalnız bir neçə aylıq kurs keçməklə bu müraciət edən xəstələri müayinə edir, laborator analiz götürür və təyinat verir, halbuki bu işlərə səlahiyyəti yoxdur, klinikanın qəbul şöbəsində (reseption) işləyir.

Klinikada cərrahiyə şöbəsi olmadığı halda burada kiçik cərrahi əməliyyatlar da aparılır, həm də adi otaqlarda xüsusi cərrahi təchizat olmayan yerlərdə. Xüsusən də, əli, ayağı şişmiş, qanqrena olmuş və ya olmaq üzrə olan şəkər xəstələrinin üzərində yarma üsulu ilə əməliyyatlar aparılır.

USM müayinəsini də tibbi təhsili olmayan, sertifikasiyadan keçməyən şəxs aparır. Saç əkilməsi üzrə lisenziyası olmayan şəxs tərəfindən bu əməliyyatlar aparılır.

İş o yerə gəlib ki, xəstənin rentgen aparatından keçirilməsini klinikanın mühafizəçisi aparır. Heç bir tibbi təhsili və bu sahədən anlayışı olmayan bir şəxsin belə təhlükəli bir müayinə aparatını işlətməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.

Mənbəmizin məlumatına görə, klinikadakı tibbi cihazların çoxu köhnə və qeyri-standart aparatlardır və çox vaxt düzgün diaqnoz qoya bilmir, başqa klinikalarda təkrar diaqnostika zamanı fərqli nəticələr çıxır. Üstəlik də, diaqnostika, müayinə və müalicə qiymətləri çox yüksəkdir.

Klinikada müxtəlif sahələr üzrə işləyən həkimlərin çoxunun həmin sahədə ali tibbi təhsili yoxdur. Onların arasında kosmetologiya, exo-kardioqramma, fizioterapiya, USM müayinəsi və sair sahələrdə çalışan şəxslər var. Əksər həkimlər sertifikasiyadan keçməyib və faktiki olaraq qanunsuz şəkildə həkim fəaliyyəti göstərirlər.

Bu şəxslər özlərini sosial şəbəkələrdə reklam etməklə müştəri cəlb edir və onların pulunu alır, amma müalicələrinin heç bir xeyri olmur. Müştəri sözünü elə-belə yazmadıq, bəli pasiyentlərə məhz müştəri gözü ilə baxırlar.

Klinika rəhbərliyi bu tibbi təhsilsiz şəxsləri həkim kimi işə götürə bilmədiyindən müxtəlif rəhbər və texniki vəzifələrə təyin edərək faktiki həkim kimi işlədir.

Mənbəmiz əgər Səhiyyə Nazirliyi və digər aidiyyatı orqanlar tərəfindən yoxlama aparılsa, klinikada çox sayda qanunsuzluq üzə çıxacağını deyir.

Yeri gəlmişkən, klinikanın xidmətlərindən istifadə etmiş və aldadılmış vətəndaşlar şikayətlərinin işıqlandırılması və araşdırılması üçün bizə müraciət edə bilərlər.

Məsələ ilə bağlı əlavə məlumat toplamağa çalışırıq. Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button