Siyasət

Medvedev Rusiya ilə NATO arasında birbaşa toqquşmadan danışdı – …fəlakət olacaq

Rusiya ilə NATO arasında Ukraynaya görə birbaşa toqquşma ən dramatik, sadəcə olaraq fəlakətli ssenari olacaq. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Bu, ən dramatik, sadəcə fəlakətli ssenari olardı. Mən sadəcə ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək. Lakin NATO və ABŞ-da olan ayrı-ayrı çılğınlar, isti başlar buna dair fikir mübadiləsi aparacaqlar. Lakin mən ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək”, – deyə Medvedev qeyd edib.
O, həmçinin qeyd edib ki, hazırda Ukrayna öncə ABŞ olmaqla NATO-nun əllərində oyuncağa çevrilib və hazırda Rusiyaya qarşı geosiyasi alət kimi istifadə olunur.
Medvedev qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin fəaliyyəti Ukraynanın dağılmasına aparır.
O, həmçinin qeyd edib ki, Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır.
Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenlə üçtərəfli görüş keçirmək təşəbbüsünə münasibət bildirirkən qeyd edib.
“Yalan danışan, qərarlara əməl etməyən, öz əhalisinin bir hissəsinə qarşı yönəlmiş qərarlar qəbul edən, bu mənada heç bir beynəlxalq öhdəliklərə əməl etməyən belə siyasətçilərlə söhbət etmək mənasızdır. Düzdür, belə bir təşəbbüs barədə ölkə prezidenti (Rusiya Prezidenti – red.) qərar verəcək. Lakin mənə elə gəlir ki, bu yaxınlarda o da öz mövqeyini qəti şəkildə ifadə etdi”, – deyə Medvedev qeyd edib.
Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, heç kim ABŞ-ın Ukrayna ilə bağlı danışıqlara qoşulmasına heç vaxt etiraz etməyib: “Amerika artıq “oyundadır”, Kiyevə fəal şəkildə təsir edir və “bizim üçün problemlər yaratmağa” çalışır, əsas odur ki, Donbas üzrə Minsk razılaşmaları həyata keçirilsin”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button