Siyasət

Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanını işdən çıxarıb

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.

Analoq.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.

Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button