Ölkə

“Azərbaycan İsraillə diplomatik münasibətlərin inkişafına böyük önəm verir” – Ceyhun Bayramov

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 ili tamam olur.

Bununla bağlı Xarici İşlər Nazirliyində keçirilən tədbirdə nazir Ceyhun Bayramov bildirib ki, Azərbaycan İsraillə diplomatik münasibətlərin inkişafına böyük önəm verir. Ölkələrimiz beynəlxalq platformalarda sıx əməkdaşlıq edir. İsrail dövləti bizim üçün prinsipal olan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsində hər zaman beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyimizi dəstəkləyib. Bu, Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirilib.

İsrailin turizm naziri Yoel Razvozov də iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyərək bundan səmərəli istifadə ediləcəyini bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button