Siyasət

Rusiya sülhməram(SIZ)lıları bununla nə demək istəyirlər? – TƏHLİL

44 günlük müharibədən sonra məhz Azərbaycanın etiraz etməməsi sayəsində Rusiya Müdafiə Nazirliyi tərəfindən Qarabağa təhkim olunmuş sülhməramlı kontingentinin müvəqqəti (!!!) nəzarətləri altındakı ərazilərimizdə baş verən son olay təbii və haqlı olaraq Azərbaycan cəmiyyətini hiddətləndirdi. Məlum oldu ki, həmin bölgələrdən keçən və inşaat materialları daşıyan yük avtomobillərimiz yalnız ruslar tərəfindən deyil, həmçinin erməni separatçıları tərəfindən də yoxlamalardan keçir, özü də dərin yoxlamalardan (?!)

Və bu faktın bilavasitə Rusiya MN-nin rəsmi saytında videogörüntülərlə əks olunması artıq bir sıra sualları yaratmağa başladır. Belə ki, bir müddət əvvəl yenə də (!!!) rusların qoruması altındakı erməni separatçılarının rahat şəkildə özlərinə müdafiə istehkamları quraraq açıq-aydın silahlı münaqişəyə hazırlaşdıqlarını sübut edən kadrlar yayıldı. Bundan əvvəl isə separatçı-quldurlar bir neçə dəfə təxribat-diversiya planlarını icra etməyə cəhdlər göstərdilər və nəticədə öz həyatlarından oldular, lap dəqiq desək, cəhənnəmə göndərildilər.

Şuşaya daxil olan postumuzda dayanan hərbçilərimizə qarşı terror olayı törətmək istəyən daha bir erməni isə “xalaxətrinqalmasın” görüntüsü yaradılmaqla guya saxlanılaraq istintaqa cəlb edildi, özü də separatçıların nəzarətində! Halbuki, həmin cinayət bilavasitə beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan ərazisində baş vermişdi (?!).

İndi isə haqqında bəhs etdiyimiz hadisə artıq açıq-aşkar göstərir ki, təxribatçı əməllərin yaradılmasına səbəb yaradan tərəf, məhz və məhz Rusiya sülhməramlılarıdır! Artıq el dili ilə desək, yaxa-başı kənara çəkməyə də yer yoxdur, çünki həmin videokadrlar rəsmi (!) şəkildə Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilib!

Artıq bütün bunlardan sonra yumşaq ifadə etsək, Rusiya “sülhməramlılarına” həmin ifadə ilə deyil, sülhməram(SIZ)lıları xitab etmək daha məqsədəuyğun olardı. Misal üçün, həmin sülhməram(SIZ)lılar Laçın dəhlizindən keçən erməni maşınlarını ümumiyyətlə yoxlamırlar. Əksinə, əziz-xələfləri kimi əzizləyib xoşgəldin deyirlər. Hələ bu harasıdır? Rusların ötən ilin martın 8-də – beynəlxaqlq qadınlar günündə erməni haxçilərinə gül buketləri təqdim etmələri isə ucuz xarakterli artistlikləri ilə yadda qaldılar. Milli leksikonumuzla ifadə etsək, lap ətimizi tökdülər…

Nəticədə, ermənilər Laçın dəhlizindən silah da keçirirlər, top da, tüfəng də!

İndi, qolunda sarsaxın əski parçasını əks etdirən nişanı, belində silahlı olan erməni separatçısının, terrorçusunun sülhməram(SIZ)lılarla birgə Azərbaycan maşınlarını yoxlamasını necə qiymətləndirməliyik? Deməliyik ki, çox düzgün edirlər və belə də olmalıdır, yoxsa bu qanunsuzluqlara qarşı sərt, birdəfəlik və yekun addımlar atılmalıdır?

Bu sülhməram(SIZ)lıların ərazilərimizdə qalmaması, 3 il sonra, daha yaxşı olardı ki, vaxtlarından əvvəl (!!!) ölkə ərazilərimizi tərk etmələri üçün ən münbit faktdır. Əks halda biz bunların qarşıda daha betər başıpozuqluqlarının şahidlərinə çevriləcəyik/sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button