Siyasət

Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsinə dair qanun layihəsi təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

TBMM-nin sədri Mustafa Şentopun imzası ilə parlamentə təqdim olunan qanun layihəsi təklifinin işlənilməsi Türkiyə parlamentinin Xarici İşlər Komissiyasına həvalə olunub. Komissiya adıçəkilən qanun layihəsi təklifini bu gün müzakirəyə çıxaracaq.

Qeyd edək ki, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini artıq təsdiqləyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button