Dünya

Qanuni oğru və əlavə on bir nəfər həbs olundu-SON XƏBƏR

Erməni qanuni oğru Arsen Mkrtçyan(Arsen İrəvanski) və daha 11 kriminal aləmin üzvü həbs olunub. Erməni qanuni oğru cinayətkar qruplaşma yaratmaqda günahlandırılır.

Ermənistan İstintaq komitəsinin mətbuat xidmətinin məlumatına görə Arsen Mkrtçyan 1999-cu ildə Ded Xasan və Kndo Mais tərəfindən taclandırılıb və qanunu oğru adı alıb.

Analoq.az xəbər verir ki,Arsen Mkrtçyan 22 fevral 2020-ci ilə kimi kriminal aləmdə öz statusunu qoruyub saxlayıb və bir neçə kriminal qruplaşma yaradaraq onlara rəhbərlik edib. Öz qeyri-qanuni statusundan istifadə edən Mkrtçyan digər cinayətkərlar arasında kı, mübahisələri həll edib”- İK yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Mkrtçyan qeyri-qanuni yolla həbsxanada olan və kriminal aləmin qanunlarını pozan şəxs haqqından informasiya toplayırdı və onu cəzalandırmağa hazırlaşırdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button