BannerSiyasət

Ukrayna üçün “neytral status”: Zelenski və Putin danışıqlara hazırdır

Ukrayna Rusiya ilə “neytral status” məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib: əvəzində təhlükəsizlik zəmanəti istəyirlər;

Zelenski də bugünkü çağırışında “neytral status” məsələsini müzakirə etməkdən qorxmadıqlarını açıqladı. Bununla:

– Ukraynanı tək qoyan (Zelenski belə deyir) Qərbə “Putini dayandırmasanız, danışıqlara gedirəm” mesajını verdi;

– Mümkündür ki, Ukrayna prezidenti hazırki vəziyyətdə Putini dayandırmaq üçün razılaşma qərarına gəlib;

Putin də Zelenski ilə danışıqlara hazır olduğunu açıqlayıb: Lavrov istəklərinin “Ukraynanı silahı yerə qoyması” olduğunu deyir; bu, Ukraynanın faktiki təslim olması deməkdir;

Finlandiya modeli olan “neytral status” məsələsi də bunu nəzərdə tutur: Ukraynaya NATO ilə əlaqələri tam kəsmək şərti ilə Rusiya işğalının olmayacağı zəmanəti verilir və Moskva Kiyevin daxili və xarici siyasətinə nəzarəti də ələ keçirir.

Lakin indiki şərtlərdə Ukrayna “neytral status”la daha çox şey itirə bilər. Çünki Moskvanın tələbləri daha çox olacaq:

1. Krımın Rusiya tərəfindən ilhaqını qəbul etsin;
2. Donbasın iddia etdikləri sərhədlərini də separatçılara versin;

Zelenski də bunu anlayır, lakin onun “neytral status” üzərində danışıqlara razı olmasının iki səbəbi mümkündür:

Birincisi, Ukrayna danışıqlarla vaxt qazanmaq istəyir;
İkincisi, Kiyev Putinin qarşını kəsməyin başqa yolunu tapa bilmir;

Zelenskinin Qərbi qorxaqlıqda ittiham etdiyi bugünkü çıxışı fonunda ikinci səbəb daha real görünür.

Asif Nərimanlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button