Digər

“28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” keçirilir

Analoq.az xəbər verir ki, 28 İyun Həsən Bəy Zərdabinin Doğum günü münasibəti ilə “İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” keçirilir.

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə), “Odlar Yurdu” Gənclər İctimai Birliyi, AZXEBER.COM İnformasiya Agentliyi, Press.az, Diasporpress.az, Zerdab.com, Azərbaycan Maarifçilər Assosiasiyası, Qanunla.Az, Milli QHT Forumunun birgə təşəbbüsü ilə “İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” çərçivəsində Həsən Bəy Zərdabinin həyat və yaradıcılığının təbliği istiqamətində online beynəlxalq və yerli video konfransların təşkili nəzərdə tutulur.

Azərbaycan və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatları, media qurumları və dispora təşkilatlarının iştirakı ilə keçiriləcək video konfranslar zamanı Həsən Bəy Zərdabinin milli mətbuatımızın banisi, görkəmli ziyalı, nasir və ictimai xadim kimi xidmətləri, dövlətimiz tərəfindən milli mənəvi dəyərərimizin qorunması, irsimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində görülən təqdirə layiq layihələr və işlər müzakirə olunacaq.

Hörmətlə:

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu Rəhbəri
Seymur Bayramov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button