Siyasət

Putin bu şəhərlərdəki hərbi əməliyyatları dayandırdı- Ərdoğanın təşəbbüsü

Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov ətrafında hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.GUNinfo.az Qərb mediasına istinadən xəbər verir ki, Rusiya və Ukraynanın danışıqlar nümayəndə heyətlərinin İstanbulda bir araya gəldiyi görüşdə Kiyev və Çerniqovda hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlinib.

İstanbul danışıqlarında iştirak edən Rusiya Müdafiə Nazirinin müavini Fomin, Rusiyanın Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmağa qərar verdiklərini açıqlayıb.
Türkiyə lideri Ərdoğanın təşəbbüsi ilə baş tutan görüş dünyanı diqqətini Türkiyəyə yönəldib. Rusiya liderini razı salmağı bacaran Ərdoğan az vaxtda dünyanın bacarmadığı barış masasını toplayaraq tərəfləri konkret razılaşmalarla daha da yaxınlaşdırıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 1.5]

Back to top button