Siyasət

Türkiyə “yalançı erməni soyqrımını” tanıyan Livana niyə kömək edir?

Livanda vəziyyət getdikcə mürəkkəbləşir.Bu barədə Gənc Politoloq Elman Vəliyev Analoq.az’a müsahibəsində bildirib.Politoloq bildirirki; 
Beyrutdakı partlayışın günahını xalq hakimiyyətdə görür və mitinqlər keçirərək hökumətin istefasını tələb edir. Hizbullah partiyasına nifrət daha da artır. Livan da bölgədəki digər ərazilər kimi vaxtı ilə Osmanlı İmperiyasının ixtiyarında olub. Ancaq 1-ci Dünya Savaşından sonra Fransa müstəmləkəsi oldu. Müstəqillik qazandıqdan sonra ölkə daxilində qruplaşmalar yarandı, qarşıdurmalar baş verdi.Hal-hazırda 2 qrup ayr-seçkiliyi yaranıb.Biri Fransa lehinə, digəri Türkiyənin lehinədir.
Beyrutdakı limanda baş verən partlayışdan sonra maraqlar önə çıxmağa başladı.Fransa prezidenti Makron Livana gələrək özünü “yardımçı şəxs” kimi göstərmək istədi.Makron: “Hakimiyyətlə siyasi anlaşma” irəli sürdüm qəbul etməsələr sentyabrda yenə gələcəm.Makron siyasi anlaşmada bir neçə şərt irəli sürüb ki, bunlar da digərlərinin maraqlarına ziddir.
Türkiyə də öz yardım əlini uzatdı, hətta Beyrut limanı bərpa edilənə kimi Mersin limanından istifadə edə biləcəyini söylədi.Fransadan fərqli olaraq şərt qoymadı.Xalqın rəğbətini qazanmaq daha yaxşı şərtdir.

Gələk əsas məsələlərə;

Türkiyə son illərdə bölgədə söz sahibinə çevrilib.Rəqiblərindən biri də Fransadır ki, Türkiyənin keçirtdiyi hərbi əməliyyatlara qarşı çıxıb.Amma buna baxmayaraq niyyətləri boşa çıxıb. Bu dəfə də Fransa Livan məsələsində Türkiyə ilə qarşılaşdı.
Hətta əvvəlki müstəmləkəsini yenə bərpa etmək istəyir, ancaq bu bölgədə maraqlar toqquşur və Faransanın istəyinin alınmayacağını zənn edirəm.

Niyə Türkiyə Livana yardım edir?

2000-ci illərdə Livan “yalançı erməni soyqrımını” tanıyıb. Səbəbi də odur ki, buradakı hakimiyyət orqanlarının əksəriyyəti ermənilərdən və erməniyönümlülərdən ibarətdir. Türkiyə isə yardım etməklə öz mövqeyini gücləndirir. Yəni Livan xalqının dəstəyini qazanır ki,əhalinin də əksəriyyəti müsəlmanlardan ibarətdir. Və xalqın əksəriyyəti Ərdaoğana rəğbər şüarları səsləndirir. Bəzi məqamlarda kin-küdurət saxlamaq dövlətin maraqlarına tərsdir. Fransa bölgədə gücünü itirməkdən qorxur.Əlbəttə ki, Faransanı da “tırkalayan” bəziləri var.
Bəs Livanın talehi necə olacaq?
Hakimiyyətdə dəyişikliklərin olacağını deyə bilərəm.Farnsanın niyyətinin baş tutmayacağını da demək olar. Türkiyənin müsbət mövqeyinin olacağını da qarantiləmək olar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button