DünyaSiyasət

Borrell: “Azərbaycanla Ermənistan arasında mühüm irəliləyiş əldə olunub”

“Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub”.APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib. “Mövcud geosiyasi kontekstdə münaqişələri diplomatiya ilə həll etməyin yollarını tapmaq həmişəkindən daha vacibdir”, – Aİ-nin Ali Nümayəndəsi vurğulayıb. Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderləri arasında üçtərəfli görüş keçirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button