Siyasət

Rusiya 45 polşalı diplomatı ölkədən çıxarıb

Rusiya 45 polşalı diplomatı və konsulluq əməkdaşını ölkədən çıxarıb. Analoq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina deyib. Onun sözlərinə görə, apreli 8-də Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya XİN-ə dəvət olunub və göstərilən sayda diplomatın ölkədən çıxarılması istənilib.

XİN rəsmisinin sözlərinə görə, diplomatların qovulması Polşanın martın 23-də Rusiyanın Varşavadakı səfirliyinin tərkibinin 45 nəfər ixtisara salınmasına dair qərarına diplomatik cavab kimi dəyərləndirilir. Polşa Rusiya səfirliyinin əməkdaşlarını diplomat pərdəsi altında kəşfiyyat fəaliyyətində günahlandırmışdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button