QarabağSiyasət

Putin Qarabağla bağlı müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sabahkı görüş ərəfəsində müşavirə keçirib.Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün keçirilən müşavirədə Dağlıq Qarabağda və Cənubi Qafqazda vəziyyətin nizamlanmasına dair məsələlər müzakirə edilib.

Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Serdey Narışkin iştirak ediblər.

Xatırladaq ki, sabah -yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılacaq.

Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın icrası və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirəsi nəzərdə tutulub.

Həmçinin, Qarabağdakı döyüş əməliyyatlarından zərər çəkmiş sakinlərə yardımların göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bundan başqa, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda təkbətək görüşləri də planlaşdırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button