Siyasət

Şarl Mişel: “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşünə münasibət bildirib. APA xəbər verir ki, Şarl Mişel sosial şəbəkə hesabında yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin sabitliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button