Siyasət
Bakı ilə İrəvan arasında normallaşma prosesini dəstəkləyirik
Argentina Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. Bunu Argentinanın İrəvandakı səfiri Rafael Enrike Qonzales Aleman Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlar zamanı deyib.
Səfir Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
A.Simonyan isə qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün əlindən gələni edir və bu məsələdə bütün beynəlxalq tərəfdaşların dəstəyinə ümid bəsləyir.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]