Siyasət

Yaponiyanın Baş naziri COP29-a dəvət olunub

Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub. Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirakla bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button