Kreml Kulebanın sülhlə bağlı çağırışına cavab verib
“Xarici işlər naziri Dmitri Kulebanın Ukraynanın sülh danışıqlarına başlamağa hazır olması ilə bağlı bəyanatı Moskvanın mövqeyi ilə üst-üstə düşür. Lakin hələlik açıqlanmayan detallar vat ki, onlar çox vacibdir”.
Analoq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfəri zamanı Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu açıqlayıb. Eyni zamanda, o bildirib ki, danışıqlar rasional, praktiki olmalı, ədalətli və davamlı sülhə nail olmağa yönəlməlidir.
Peskov xatırladıb ki, belə bir bəyanatı Kuleba həmkarı Vanq Yi ilə görüşdə verib və mesajın özü Rusiyanın mövqeyi ilə eynidir: “Lakin Moskvaya bu məsələdə konkretlik lazımdır. Hələ bilmədiyimiz təfərrüatlar burada vacibdir, ona görə də əlavə dəqiqləşdirməni gözləyəcəyik”, – Kremlin rəsmi nümayəndəsi bildirib.
Peskov Rusiya tərəfinin heç vaxt danışıqlardan imtina etmədiyinə və həmişə açıqlığını qoruduğunu söyləyib.
Analoq.az