Zelenski nazirlərin istefalarının səbəbini açıqladı
Ukrayna prezidenti Vladimir Zelenski nazirlərin ardıcıl istefaları barədə danışıb.525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı növbəti müraciətində bu barədə deyib:
“Qardaşıdakı payız Ukrayna üçün son dərəcə əhəmiyyətli olacaq. Buna görə də bizim dövlət institutlarımız elə qurulmalıdırlar ki, Ukrayna bizə lazım olan bütün nəticələrə çata bilsin”.
O əlavə edib ki, hökumətdə bəzi istiqamətləri gücləndirmək istəyir.
Zelenski həmçinin öz ofisindəki mümkün dəyişikliklərin də anonsunu verib. Dövlət başçısı bəyan edib ki, Ukraynanın xarici və daxili siyasətinin müəyyən sahələri üçün bir qədər fərqlilik gözləyir.
Qeyd edək ki, bu gün istefa xəbəri yayılan xarici işlər naziri Dmitri Kulebadan əvvəl onun müavinləri İrina Vereşuk və Olqa Stefanişina, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və strateji sənaye naziri Aleksandr Kamışin də istefa veriblər.
Analoq.az