Slovakiyanın Baş nazirinə içində güllə olan məktubu kim göndərib?
Slovakiyanın Baş naziri Robert Fitsoya şübhəli zərf göndərilib.525.az “Plus 7 Dní”yə istinadən xəbər verir ki, məktubda güllə aşkarlanıb.
Məktub sentyabrın 25-də səhər saatlarında aşkar edilib. Birbaşa Robert Fitsoya ünvanlanan məktubları yoxlayarkən, zərf təhlükəsizlik işçilərinin diqqətini çəkib. Rentgen müayinəsi onun içində güllə olduğunu göstərib.
Məktubu kimin göndərdiyi naməlumdur. Eləcə də güllənin hər hansı bir mesaj olub-olmadığı da bilinmir.
Xatırladaq ki, bu ilin yazında Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Slovakiya hökumətinin siyasəti ilə razılaşmayan Yuray Sintula adlı şəxs Baş naziri öldürməyə cəhd edib. Ölkənin Daxili İşlər Nazirliyi isə bəyan etmişdi ki, sui-qəsdçi Ukraynaya dəstəyin azaldılmasına qarşı çıxıb və Fitso hökumətini senzurada ittiham edib.
Cinayətkar Robert Fitso Nazirlər Kabinetinin iclasından sonra vətəndaşlarla ünsiyyətdə olduğu zaman atəş açmağa başlamışdı. Dörd güllə yarası olan Baş nazir ağır yaralansa da, onun həyatını xilas etmək mümkün olmuşdu
Analoq.az