Siyasət

Putin yenə nüvə silahından istifadə xəbərdarlığı edir

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə nüvə çəkindirməsi və digər mövzuları müzakirə edib.Analoq.az xəbər verir ki, görüşdən sonra Putin Moskvanın nüvə silahından istifadə doktrinası ilə bağlı yenilikləri ictimaiyyətlə bölüşüb.

Bildirilir ki, qeyri-nüvə ölkəsi, nüvə enerjisi olan ölkənin dəstəyi ilə Rusiyaya hücum edərsə, Moskva bunu “birgə hücum” kimi qiymətləndirəcək. Putin bununla Qərb ölkələrinə xəbərdarlıq edib ki, onlara qarşı hava və kosmos hücumlarına qarşı nüvə silahından istifadə edə bilərlər.

Prezident Putin deyib ki, Rusiya ərazisi intensiv raket atəşinə məruz qalarsa, kütləvi döyüş təyyarəsi və İHA hücumları olarsa, bununla ölkənin suverenliyinə “kritik təhlükə” yaranarsa, bu, nüvə silahından istifadəyə səbəb ola bilər.

Qeyd edək ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Putinin dediklərinə veraksiya verib. Onun fikrincə, Rusiya nüvə şantajı ilə məşğuldur və bununla dünyanı qorxudur, reallıqda isə şantajdan başqa heç nə edə bilməz.

Bununla paralel olaraq Ağ ev prezident Co Bayden və Ukrayna lideri Vladimir Zelenski arasında BMT Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda keçirilən görüşlə bağlı açıqlama verib. Buna uyğun olaraq, Bayden Zelenski ilə görüşündə ABŞ-nın Ukraynaya güclü dəstəyinin davam edəcəyi mesajını təkrarlayıb və Ukraynaya elan ediləcək yeni yardım paketini qeyd edib. Həmçinin Pentaqon Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb.reyting.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button