Ölkə

Ağalıda sağlamlıq mərkəzi fəaliyyətə başladı

Bu gündən Zəngilan rayonunun Ağalı kəndində müasir standartlara cavab verən Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayır.

Mərkəzin tibbi personalı, təcili və təxirəsalınmaz tibbi yardım briqadası işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar sakinlərə xidmət göstərir.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə – 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button