Ölkə

Prezident Əhmədo Həponu təltif etdi

Kürd və Azərbaycan xalqının dəyərli oğlu , tanınmış yazıçı, jurnalist – publisist Əhmədo Həpo Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Analoq.az- a bu barədə yazıçı özü məlumat verib. Əhmədo Həpo qeyd edib ki , bu medalı mən kürd xalqına olan diqqət və qayğı kimi qiymətləndirirəm. 44 günlük vətən savaşında bütün Azərbaycana, eləcə də Azərbaycanda yaşayan kürd və digər xalqların nümayəndələrinə qələbə bəxş edən cənab prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirir, Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla yad edirəm.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button