Dünya

Qazaxıstan hökuməti istefa verib

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, prezident Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Nazirlər, hökumətin yeni tərkibi təsdiq olunana qədər vəzifələrini icra edəcəklər. Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib. Smailov baş nazirin birinci müavinidir.

Qeyd edək ki, Qazaxıstanda nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması etirazlara səbəb olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button