Ölkə

BŞİH-də müşavirə keçirilib, icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.

BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir.

Bununla əlaqədar rayon İcra Hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button