Ölkə

Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapılıb

Füzuli rayonunun Horadiz qəsəbəsində dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşların Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button