“Hökumət deyir ki, 2 həftəyə qiymət artımının, inflyasiyanın qarşısını almaq üçün təkliflər hazırlayacaq. Qiymət artımının qarşısını almaq üçün yollar bəllidir”. Analoq.az Pravda.az-a istinadən xəbər verir ki,bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli təkliflərini açıqlayıb:
1) Hökumət tənzimlənən qiymətləri, dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir,
2) Ölkədə istehsalı olmayan, və ya çox az olan məhsullara, yəni ərzaq və dərmanlara tədbiq etdiyi gömrük rüsumlarını sıfırlayır, ƏDV-i isə kəskin azaldaraq 5%-ə çəkir,
3) Ölkədə inhisarçılığın qarşısı alınır, Rəqabət Məcəlləsi qəbul edilir, məmurlar biznesdən rədd olur,
4) Aqrar və iqtisadiyyatın digər sahələrində orta/kiçik sahibkarlar üçün ucuz və uzunmüddətli kreditlərin verilməsi üçün Dövlət İnvestisiya Bankı yaradılır, bu bank yalnız aqrar sektora və kiçik-orta biznesə minimum 3 illik, maksimum 5%-lə kreditlər verir. Paralel olaraq idarəetmə islahatları da aparılır, bu haqda da çox yazmışıq – Yeni Konstitutsiya qəbul edilməlidir. Bütün bunlardan sonra inflyasiyanı cilovlamaq mümkün ola bilər.
Analoq.az