GündəmManşetSiyasət

Türkiyə səfiri rusiyalı diplomatla Azərbaycan və Ermənistanı müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişlərin həyata keçirilməsi müzakirə olunub.

Bundan başqa Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub.

3+3 Məşvərətçi Regional Platforması çərçivəsində Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb. Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button